Boksçumuz lisenziya turnirində 1/8 finala yüksəldi

7-03-2024, 16:17 0 dəfə baxılıb

 İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.

“Azerinews.az” xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Zeynəb Rəhimova çıxıb.

54 kq çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Aqerie Bayevlə (Efiopiya) üz-üzə gəlib. Döyüş Rəhimovanın qələbəsi ilə başa çatıb. O, ilk raundda rəqibini tam üstünlüklə məğlub edib.

Bununla da ardıcıl ikinci qələbəsini qazanan Zeynəb 1/8 finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü qarşılaşmasına martın 9-da çıxacaq. O, növbəti 2 görüşünü də qalib kimi başa vuracağı halda, Fransa paytaxtına vəsiqə qazanacaq.

Qeyd edək ki, bu gün daha 4 boksçumuz qüvvəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə və Sərxan Əliyev (71 kq) Aleksandr Trofimçukla (Litva) döyüşəcək.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930