De Brüyne Qvardiolaya əsəbiləşdi

11-03-2024, 14:27 4 dəfə baxılıb

 

“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne ötən gün İngiltərə Premyer Liqasının 28-ci turunda “Liverpul”la keçirilən oyunda (1:1) əvəzləndiyi üçün baş məşqçisi Pep Qvardiolaya etiraz edib.

“Azerinews.az” xəbər verir ki, təcrübəli məşqçi 69-cu dəqiqədə oyunçunu meydandan çıxararaq onu Mateo Kovaçiçlə əvəzləyib. Kevin isə etirazını bildirdikdən sonra ehtiyat oyunçular sırasında əyləşib.

Daha sonra Pep Qvardiola bu məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, söhbət Kevinin oynamağından getmir, matç zamanı dəyişiklik lazım idi: “Nə etdiyimi bilirdim. Kevin vacib futbolçudur, ona ehtiyacımız var. Əsəbiləşə bilər, ancaq ikinci hissədə qol buraxdıqdan sonra vəziyyəti düzəltmək üçün nəsə etməli idik. Mateo isə bunu çox yaxşı bacarır. Problem yoxdur. Hər şey qaydasındadır”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930