“Kəpəz”in məşqçisi 5 oyunluq diskvalifikasiya olunub
AFFA İntizam Komitəsi Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyunu ilə bağlı sərt qərar qəbul edib.
“Azerinews.az” xəbər verir ki, gəncəlilərin məşqçisi Orxan Verdiyev ciddi sanksiya ilə üzləşib.
76-cı dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan mütəxəssis ardından referiyə təzyiq göstərməyə cəhd çalışıb. Bu, onun 5 oyunluq diskvalifikasiyasına, “Kəpəz”in isə 400 manat cərimələnməsinə səbəb olub.