Azərbaycanın daha iki gimnastı Niderlandda qızıl medal qazanıb

18-03-2024, 11:39 106 dəfə baxılıb

 

Azərbaycanın daha dörd batutçusu Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024” beynəlxalq turnirində medal qazanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fərdi proqramda ölkəmizi təmsil edən Selcan Mahsudova və Ömər Qasımlı qızıl, Ammar Baxşaliyev və Samirə Hüseynova gümüş mükafata sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl eyni turnirdə sinxron proqramda Əli Niftəliyev və Ammar Baxşaliyev qızıl, Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal əldə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031