AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur.
"Azerinews.az" xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
O bildirib ki, indiki ana qədər rəsmən namizədliyini irəli sürən olmayıb.
Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: