Arda Turanla bağlı həbs qərarı verildi

20-03-2024, 01:07 20 dəfə baxılıb

 

Türkiyə millisinin sabiq futbolçusu Arda Turanla bağlı İspaniyada həbs qərarı verilib.

“Azerinews.az” xəbər verir ki, buna səbəb onun bu ölkədə çıxış etdiyi illərdə şəxsi gəlir vergisindən yayınması olub.

Davam edən məhkəmənin sonunda Arda Turanla bağlı 2 il həbs və 633 min avro cərimə qərarı çıxarılıb.

Türkiyəli veteran futbolçu iki ildən az cəza aldığı üçün sadəcə, pul cəriməsi ödəməli olacaq. Onun özü də vergidən yayındığını etiraf edib.

Qeyd edək ki, “Eyüpspor”un baş məşqçisi olan Arda Turan İspaniyada Madrid “Atletiko”sunda və “Barselona”da çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930