Türkiyəli mütəxəssis futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər
Türkiyəli mütəxəssis Rıza Çalımbay futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər.
61 yaşlı məşqçi Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazır olduğunu qeyd edərək Azərbaycan millisindən hələ ki, rəsmi heç bir təklif almadığını deyib.
“Ancaq adımın bu komanda ilə birgə hallandığını eşidirəm. Düşünürəm ki, bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlar. Təklif gəlsə, Azərbaycan yığması ilə işləməyə müsbət rəy verərəm”, - deyə məşqçi əlavə edib.
Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur. Rıza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik edib.
Mənbə: Sabah