Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək

23-03-2024, 16:26 56 dəfə baxılıb

Martın 24-də Bakıda kişi və qadın boksçular arasında 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” beynəlxalq turniri start götürəcək.

"Azerinews.az" Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə xəbər verir ki, ənənəvi yarış 5 gün davam edəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan boksçuları güclərini sınayacaqlar. Kişilər 13, qadınlar 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

121 idmançının qatılacağı turnirin açılış mərasimi martın 24-də, saat 13:30-da olacaq. Yarışa martın 28-də yekun vurulacaq.

Azərbaycanı “Böyük İpək Yolu”nda 34 kişi, 9 qadın boksçu təmsil edəcək.

Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930