Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib

26-03-2024, 22:38 80 dəfə baxılıb

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

"Azerinews.az" xəbər verir ki, günün ilk oyunu "Xırdalan" və "Sumqayıt" komandaları arasında baş tutub.

Bu oyun "Xırdalan" klubunun 89:83 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Xırdalan"dan Teyvion Körk (20 xal, 5 ribaund), "Sumqayıt"dan Nəzər Quliyev (21 xal, 8 ribaund) olublar.

Günün ikinci oyununda qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" klubları üz-üzə gəliblər. Bu görüşdə "Neftçi" 80:67 hesablı qələbə qazanaraq A qrupundan lider kimi yarımfinala yüksəlib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Kamran Məmmədov (26 xal, 4 ribaund), "Xəzri"dən Oubri Makalpayn (26 xal, 5 ribaund) olublar.

Qeyd edək ki, B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İndoqö" oyunundan sonra aydınlıq gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930