Minifutbol çempionatı: çempion böyükhesablı qələbə qazanıb

28-03-2024, 13:24 46 dəfə baxılıb

Minifutbol üzrə Azərbaycan çempionatında XV tura yekun vurulub.

"Azerinews.az"ın məlumatına görə, ikinci gündə daha 4 oyun keçirilib.

Son çempion “Birbaşa Bakı” növbəti qələbəsini qazanıb. Lider “Zirə”nin ən yaxın izləyicisi olan komanda “Veteran”ı böyük hesabla məğlub edib.

Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Odlar Yurdu” “Dinamo Gəncə”yə (8:4), “Zirə” “Atəşgah Suraxanı”ya (6:1), “Real Bakı” “Baku Fire”yə (6:2) qalib gəlib, “Sumqayıt”la “Dirçəliş” (2:2) bərabərə qalıblar.

Azərbaycan çempionatı

XV tur

“Turan” – “Aznur” 0:8

“Galaxy Baku” – “Abşeron” 4:0

“Veteran” – “Birbaşa Bakı” 1:8

“İnter” – “Siyəzən” 6:4

Bununla çempionatda ilk mərhələ başa çatıb və pley-offa yüksələn komandalar müəyyənləşib. Turnir cədvəlində ilk 8 yeri tutan səkkiz kollektiv mübarizəni pley-offda davam etdirəcək.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930