KİV: UEFA AVRO-2024-ün reqlamentini dəyişdirə bilər

29-03-2024, 11:35 57 dəfə baxılıb

UEFA 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatda iştirak ərizəsində oyunçu sayının artırılması təklifinə baxmağa hazırdır.

"Azerinews.az" xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.

Millilərin heyəti 23 nəfərdən 26 nəfərə qədər genişləndirilə bilər. Məsələ ilə bağlı yekun qərar aprelin 8-də bütün komandaların iştirakı ilə keçiriləcək toplantıda veriləcək.

AVRO-2024-ün final mərhələsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirdə 24 komanda mübarizə aparacaq.

2022-ci ilin yazında FIFA və UEFA Rusiya millisinin, həmçinin klublarının bu təşkilatların bayrağı altında keçirilən yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Rusiya komandaları 2022-ci il dünya çempionatının pley-off mərhələsini və qarşıdan gələn Avropa çempionatını buraxacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930