“Zadəganlar”dan baş məşqçi ilə bağlı rəhbərliyə ÇAĞIRIŞ

1-04-2024, 21:21 188 dəfə baxılıb

 

Çelsi”nin bir neçə futbolçusu klub rəhbərliyini cari mövsümün sonunda klubun baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərməyə çağırıb.

Xatırladaq ki, İngiltərə çempionatının 30-cu turunun matçında “Çelsi” “Bernli” ilə heç-heçə edib (2:2). Bu matçdan sonra “Çelsi”nin bəzi futbolçuları London klubunun rəhbərliyi ilə danışıb və orada məşqçidən narazılıqlarını bildiriblər. Rəhbərliyə açıq şəkildə bildiriblər ki, Poçettinonun istefasını istəyirlər.

“Çelsi” hazırda 40 xalla İngiltərə çempionatının turnir cədvəlində 11-ci yerdədir. Komanda növbəti mərhələdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Poçettino 2023-cü ildən “Çelsi”də baş məşqçidir. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Mənbə: Championat






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031