Azərbaycan Kuboku: “Qəbələ” bu gün “Zirə”nin qonağı olacaq

3-04-2024, 13:08 132 dəfə baxılıb

 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

"Azerinews.az" xəbər verir ki, “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Tərəflər indiyədək bu turnirdə iki dəfə üz-üzə gəliblər. Bunların hər ikisində bölgə təmsilçisi qələbə qazanıb. “Qəbələ” 2015/2016 mövsümündə rəqibini 2:1 və 5:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Qarabağ” ötən gün “Neftçi”ni səfərdə dörd cavabsız qolla məğlub edib. Hər iki cütdə cavab qarşılaşması aprelin 24-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031