Klub prezidentinin döydüyü hakim Avroliqa matçına təyinat aldı

9-04-2024, 11:47 113 dəfə baxılıb

 

UEFA Avropa Liqasının 1/4 finalında “Liverpul” ilə “Atalanta” arasında keçiriləcək görüşü türkiyəli hakim Halil Umut Meler idarə edəcək.

“Azerinews.az” xəbər verir ki, referinin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın dördüncü hakimi isə Arda Kardeşlər təyin edilib.

Liverpul şəhərindəki Anfild stadionunda baş tutan qarşılaşma saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Halil Umut Meler dekabrın 11-də keçirilən “Ankaragücü” – “Rizespor” matçında meydan sahiblərinin prezidenti Faruk Koca tərəfindən döyülmüşdü. Həmin hadisədən sonra təcrübəli hakim uzun müddət təyinat almamışdı. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930