Gənclər və İdman Nazirliyində idmançılarla görüş keçirilib.
09 Aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Uşu-Sanda idman növü üzrə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Moskva Ulduzları Beynəlxalq Turnirində medal qazanan idmançılarla görüş keçirmişdir. Görüşdə Gənclər və İdman Naziri Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik etmiş, idmançıların beynəlxalq yarışlarda uğurla çıxış etmələri üçün nazirlik tərəfindən bundan sonra da lazımi dəstəyin göstəriləcəyini bildirmişdir. Məşqçilər və idmançılar adından çıxış edən məşqçi Fəxri Namazlı dəstəyə görə cənab nazirə təşəkkürünü bildirmiş və ölkəmizin beynəlxalq idman turnirlərində layiqincə təmsil olunması üçün daha da səylə çalışacaqlarını qeyd etmişdir.
Xatırladaq ki, Rusiyanın paytaxtında keçirilən “Moskva uşu ulduzları” beynəlxalq turnirində iştirak edən Azərbaycan uşuçuları turniri 3-ü qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla 9 medalla başa vurmuşdular.