İki boksçumuz finala vəsiqə qazandı
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin görüşləri keçirilib.
“Azerinews.az" xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
48 kq-da Bilalhəbaşi Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib. O, finalda Oleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.
Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.
Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də olacaq.