Mbappe PSJ-dəki gələcəyi ilə bağlı yekun qərarını verib

19-04-2024, 11:21 124 dəfə baxılıb

 PSJ-nin hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində Fransa klubunu tərk edəcək.

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Fransa millisinin oyunçusu, nəhayət ki, gələcəyi ilə bağlı qərar verib və karyerasını “Real Madrid”də davam etdirmək ehtimalı 100% olub.

Qeyd edək ki, daha əvvəl Kilianın artıq “Real”la 2029-cu ilə qədər müqavilə imzaladığı bildirilirdi. Hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubu tərk edəcəyini dediyi də qeyd olunurdu. Öz növbəsində “Real Madrid”in prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər heyətinə Mbappenin komandanın yeni oyunçusu olacağı barədə məlumat verib.

Mənbə: Championat






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031