Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb

12-01-2024, 10:57 23 dəfə baxılıb

 Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

AVF-dən verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi yanvarın 17-də “Qalatasaray HDI” (Türkiyə) və “Fonte Bastardo” (Portuqaliya) arasında İstanbulda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Mikele Brunelli olacaqlar.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930