Samir Abasovun Xavi Ernandeslə görüşü nəzərdə tutulub

24-04-2024, 11:15 135 dəfə baxılıb

 İspaniyada səfərdə olan “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun “Barselona”nın “sükanı arxasında” olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Mütəxəssisin hazırda sözügedən ölkədə təcrübədə olduğu bildirilib. Bir neçə gün öncə Madridə yollanan Abasov əvvəlcə burada “Real” və “Barselona” komandaları arasında baş tutan oyunu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. “Barselona” klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930