“Formula-1” yarışları yenidən İstanbulda keçiriləcək

30-04-2024, 15:14 98 dəfə baxılıb

 “Formula-1” yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb.

“Daha sonra 2026-cı ildən etibarən “Formula-1” yarışlarının İstanbula, Türkiyəyə gətirilməsi üçün müqavilə prosesi başlayacaq. Proses burada planlaşdırıldığı kimi davam edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Qran-prisi İstanbulda 2005-2011 və 2020-2021-ci illərdə keçirilib. Yarışlar alman mühəndis Hermann Tilke tərəfindən hazırlanmış “İstanbul Parkı” avtodromunda baş tutub. Trasda hərəkət istiqaməti saat əqrəbinin hərəkətinin əksinədir - dörd apeksi olan 9-cu döngə isə həm azarkeşlərin, həm də pilotların ən sevimlisidir.

Mənbə: TRT Haber






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930