Türkiyə futbolunda qalmaqal - Qadın futbolçunun kişi olduğu iddia edildi

15-01-2024, 23:30 6 dəfə baxılıb

 “Beşiktaş”ın qadın futbol komandasının idman direktoru Fırat Fidan qalmaqallı açıqlama ilə diqqət mərkəzinə düşüb. “Qafqazinfo” xəbər verir ki, o, Qadınlar Superliqasında mübarizə aparan ALG Spor klubunun oyunçusu Patrisiya Setekonun kişi olduğunu iddia edib. 

F.Fidan bildirib ki, ALG Spor bu futbolçunun cinsini dəyişərək müqavilə imzalayıb və çempionatda oynadır. 

İstanbul təmsilçisinin icraçı direktoru Hasan Sarıgül Türkiyə Futbol Federasiyasına bununla bağlı müraciət edəcəklərini bildirib: “Yüz faiz qadındır və ya kişidir deyə bilmərik, amma onun davranışlarında şübhələr var”. 

Anqolalı Patrisiya Seteko bu mövsüm komandasının heyətində 7 oyunda 5 qol vurub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930