Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” klubunun stadionu dövlət tərəfindən müsadirə olunub.
Məlumata görə, klubun vitse-prezidenti Aydın Toksöz İstanbul Bələdiyyə Gənclər və İdman Müdirliyi tərəfindən kluba müsadirə göndərilməsini açıqlayıb:
“İdman Müdirliyi beş milyon Türkiyə lirəsi istədi. Müzakirələrimiz davam edir. Açığı hələ də başa düşə bilmirik ki, bizə qəpik-quruş pul lazım olan vaxtda nəyə görə pul istənildi”.
Qeyd edək ki, daha öncə komandanın futbolçusu Erce Kardeşlər də komandada işlərin yolunda getmədiyini bildirmişdi.