“Borussiya” Çempionlar Liqasının finalında uduzsa, rəqibi “Real”dan daha çox pul qazanacaq

10-05-2024, 23:00 66 dəfə baxılıb

 Dortmundun "Borussiya" komandası Çempionlar Liqasının finalında məğlub olsa, rəqibi “Real” Madriddən daha çox pul qazanacaq.

Apasport.az xəbər verir ki, buna səbəb Cud Bellingemin 2023-cü ilin yayında Dortmund klubundan 130 milyon avroya "Real Madrid"ə transferi zamanı imzalanmış müqavilənin şərtləridir.

Müqavilədə Bellingem Çempionlar Liqasını qazansa, “Real”ın "Borussiya"ya 25 milyon avro ödəyəcəyi ilə bağlı bənd var.

Çempionlar Liqasını qazanan komandanı isə 20 milyon avro mükafat gözləyir.

Beləliklə, "Borussiya" finalda məğlub olacağı təqdirdə daha çox pul qazanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930