ÇL-da daha bir finalçı da bəlli oldu
Çempionlar Liqasında ikinci finalçının da adına aydınlıq gəlib.
Yarımfinal mərhələsinin digər cavab görüşündə “Real” öz meydanında "Bavariya” üz-üzə gəlib.
Komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməmişdi – 2:2. Bugünkü oyunda isə hesabı "Bavariya" açıb. Ancaq "Real" Xeselunun son dəqiqələrdə vurduğu qollarla 2:1 hesablı əzmkar qələbə qazanaraq finala yüksəlib. Madrid klubu finalda "Borussiya" (Dormtund) ilə qarşılaşacaq.
Qeyd edək ki, final oyunu iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.
8 may
UEFA Çempionlar LiqasıYarımfinal mərhələsi, cavab oyunu
23:00. "Real" (İspaniya) – "Bavariya" (Almaniya) - 2:1
Qollar: Deyvis, 68 (0:1), Xesulu, 88 (1:1), 90+1 (2:1)İlk oyun 2:2
7 may
PSJ (Fransa) – "Borussiya" (Dortmund, Almaniya) - 0:1
İlk oyun 0:1