“Qarabağ” “Şaxtyor”un futbolçusunu istəyir

18-01-2024, 23:30 5 dəfə baxılıb


Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşukla maraqlanan klubların sayı artmaqdadır. “azerinews.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, daha 3 klub bu futbolçu üçün mübarizəyə qoşulub. 

Ukraynalı həmkarlarımızın yazdığına görə, onlardan 2-si Azərbaycan təmsilçisidir. 

“Neftçi”dən sonra “Qarabağ” və Kaşukun sabiq komandası “Sabah” onun transferi üçün çalışır. 

Xatırladaq ki, “Neftçi”nin yarımmüdafiəçini istədiyi bir müddət əvvəl yazılırdı. Bundan başqa İsveçrənin “Bazel”, Yunanıstanın PAOK, Xorvatiyanın “Hayduk” klubları Kaşuku heyətə qatmaq istəyir. 

Qeyd edək ki, Aleksey Kaşukun “Şaxtyor”la sözləşməsi mövsümün sonuna qədərdi. O, 2022-23 mövsümündə “Sabah”ın formasını geyinib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031