Mourinyo "Fənərbağça" ilə müqavilə imzalayır?

1-06-2024, 01:00 45 dəfə baxılıb

 Baş məşqçi İsmail Kartalla yollarını ayırması gözlənilən və məşqçi axtarışlarını davam etdirən "Fənərbağça"nın Joze Mourinyo ilə iki illik müqavilə imzaladığı bildirilir.

Bu barədə italyalı jurnalist Canluka Di Marzio xəbər yayıb.

Bildirilir ki, klubun portuqaliyalı məşqçi ilə transfer danışıqlarını prezident Ali Koç aparır.

Qeyd edək ki, 59 yaşlı portuqaliyalı mütəxəssisin Türkiyə Superliqasında ilk təcrübəsi olacaq. Bundan əvvəl xəbər yayılmışdı ki, Mourinyo Türkiyə klublarına şərt irəli sürüb. Belə ki, "Beşiktaş" və "Fənərbağça" klublarının təklif göndərdiyi məşqçi minimum 3 illik müqavilə imzalanacağı təqdirdə təklifi qəbul edəcəyini demişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031