“Qalatasaray”ın vitse-prezidenti istefa verdi

4-06-2024, 14:15 103 dəfə baxılıb

 

“Qalatasaray”ın vitse-prezidenti Erden Timur istefa verib.

“Azerinews.az” xəbər verir ki, o bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

“Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu həmin vaxt açıqlamaq mümkün deyildi. Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim”, - deyə o bildirib.

Qeyd edək ki, 44 yaşlı funksioner 2022-ci ilin iyun ayından “Qalatasaray”da çalışırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930