Azərbaycan klubu 10 futbolçusunu bir gündə göndərdi

18-01-2024, 21:00 1 dəfə baxılıb

Azərbaycanın futbol üzrə 2-ci liqasında mübarizə aparan “Lerik” 10 oyunçusu ilə yollarını ayırıb.

“azerinews.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Lerik” Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

“Lerik” sözügedən oyunçulara uğurlar arzulayıb.

Qeyd edək ki, “Lerik” hazırda 2-ci liqanın turnir cədvəlində 12 xalla 11-cidir. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930