Türkiyə yığmasında daha bir itki

5-06-2024, 18:46 123 dəfə baxılıb

 

AÇ-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib.

“Azerinews.az” xəbər verir ki, “ay-ulduzlular”ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.

Söhbət Ozan Kabakdan gedir. 24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.

Qeyd edək ki, bunadək Çağlar Söyüncü və Enes Ünalın da zədə ilə əlaqədar AÇ-2024-ə aparılmayacağı bəlli olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930