Azərbaycanda futbol çempionatlarının başlama tarixi məlum oldu

24-06-2024, 12:43 144 dəfə baxılıb

 

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

"Azerinews.az" xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, püşkatma tədbiri 16 iyul tarixində AFFA-nın inzibati binasında keçiriləcək.

Mərasim saat 15:00-da başlanacaq. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.

Futbol üzrə Azərbaycan 1-ci Liqa və 2-ci Liqanın başlama tarixləri bəlli olub.

2-ci Liqa sentyabrın 1-də start götürəcək. 1-ci Liqa 10 gün sonra – 11 sentyabrda başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930