Abdullah Zubir "Qarabağ"dan ayrıla bilər

25-06-2024, 12:43 244 dəfə baxılıb

 

İyunun 30-da Abdullah Zubirin bizimlə müqavilə müddəti bitir. O, azad agent kimi istənilən kluba gedə bilər.

Bunu "Qarabağ"ın baş meneceri Asif Əsgərov 32 yaşlı yarımüdafiəçinin hazırlıqlara qoşulmaması barədə danışarkən deyib.

Klub rəsmisi fransalı oyunçunun komandada qalmasında maraqlı olduqlarını bildirib: "Danışırıq. İnanırıq ki, yaxın günlərdə danışıqları yekunlaşdıracağıq".

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930