Klub prezidentindən qəribə addım

18-01-2024, 17:40 1 dəfə baxılıb


Braziliyanın “Palmeyras” klubunun prezidenti Leyla Pereyra qəribə addım atıb. “azerinews.az” xəbər verir ki, o, təşkil etdiyi mətbuat konfransına yalnız qadın jurnalistləri çağırıb. 

Klub rəsmisi addımı bu cür izah edib: “Dünyada belə şey olmayıb. İlk dəfədir ki, bir mətbuat konfransına ancaq qadın jurnalistlər dəvət alır. Hər kəs sual verirdi ki, niyə qadınları çağırırsan. Kişilərə deyirəm ki, sakit olun. Buna qəzəblənmək olmaz.

Fikrimcə, qadınlar daha çox futbolun içində olmalıdırlar. Niyə Braziliyada yalnız bir yüksək liqa klubunun prezidenti qadındır? Biz istədiyimiz yerlərdə ola bilərik və bugünkü görüşün də səbəbi budur”. 









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930