Gürcüstan futbolçuları ölkə prezidenti tərəfindən "Şərəf" ordeni ilə təltif olunublar

3-07-2024, 10:59 121 dəfə baxılıb

 

Gürcüstan Prezidenti Salome Zurabişvili milli komandanın oyunçularını, komandanın məşqçilər korpusunu və futbol federasiyasının nümayəndələrini 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinə yüksəldiklərinə görə "Şərəf" ordeni ilə təltif edib.

Məlumata görə, mükafatlandırma mərasimi Azadlıq meydanında quraşdırılmış səhnədə baş tutub. Milli komandanın futbolçuları meydana gedərkən üstüaçıq avtobusa minərək minlərlə azarkeşi salamlayıblar.

Gürcüstan komandası qrup mərhələsində Portuqaliya (6 xal), Türkiyə (6 xal) və Çexiya (1 xal) ilə F qrupunda üçüncü yeri (4 xal) tutub. 1/8 finalda isə gürcülər İspaniyaya 1:4 hesabı ilə uduzublar.

Qeyd edək ki, Gürcüstan tarixində ilk dəfə olaraq Avropa çempionatında çıxış edib.

Mənbə: Championat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930