Türkiyə səfiri Demirala görə Almaniya XİN-ə çağırıldı

4-07-2024, 15:20 127 dəfə baxılıb

 

Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” jurnalı yayıb. 

Bildirilir ki, buna səbəb AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında türkiyəli futbolçu Merih Demiralın “bozqurd” işarəsi göstərməsi olub. 

Məlumata görə, səfir sözügedən məsələnin müzakirə edilməsi üçün nazirliyə çağırılıb.

Xatırladaq ki, UEFA Merih Demiralı həmin qol sevincinə görə cəzalandıra bilər. Belə ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930