“Qarabağ”ın rəqibləri bəlli oldu
“Qarabağ” yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.
“Azerinews.az” xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Ağdam təmsilçisinin məskunlaşacağı Tirol şəhərində 4 yoldaşlıq oyunu nəzərdə tutulub.
Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi “Kayzerslauten” (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan “Viktoriya” (Plzen) klubları ilə üz-üzə gələcək.
Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.