Azərbaycanın doqquz cüdoçusu Qran-pridə mübarizəyə başlayır

26-01-2024, 11:07 1 dəfə baxılıb

 

Bu gün Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaqlar.

“Report” xəbər verir ki, ilk yarış günündə 9 idmançı tatamiyə çıxacaq.

Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlardan Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.

Qadınlar

48 kq

Könül Əliyeva - Ka Li Vonq (Çin)

52 kq

Aydan Vəliyeva - Naomi Van Krevel (Niderland)

Gültac Məmmədəliyeva - Lea Metrot (Fransa)

57 kq.

Fidan Əlizadə - Veronika Peres Paçeko (İspaniya)

Açeliya Toprak - Maysa Pardayeva (Türkmənistan)

Kişilər

60 kq

Balabəy Ağayev - Maksimilian Heyder (Almaniya) / Artyom Lesyuk (Ukrayna) cütünün qalibi

Turan Bayramov - Joau Amaro Martins (Portuqaliya) / Ancelo Pantano (İtaliya) cütünün qalibi

66 kq

Yaşar Nəcəfov - Serdar Rahimov (Türkmənistan) / Yanislav Qerçev (Bolqarıstan) cütünün qalibi

Kamran Süleymanov - Aleksandr Bukur (Portuqaliya)

Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan Qran-pridə 13 cüdoçu ilə təmsil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930