Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib

14-11-2024, 17:57 26 dəfə baxılıb

 
Azərbaycan "Baker Hughes" şirkəti ilə emissiyaların azaldılmasına yönəlik fəaliyyəti müzakirə edib.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

“Görüşdə ölkəmizin “yaşıl gələcəy”inə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik”, deyə M.Cabbarov bildirib.

Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031