Qubad İbadoğlunun həbs müddəti uzadıldı

15-02-2024, 20:30 0 dəfə baxılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.

“Azerinews.az”ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlanılma müddəti mayın 20-nə kimi uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031