Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı qız yaralandı

23-02-2024, 23:48 2 dəfə baxılıb

 Gəncədə ailədaxili mübahisə qanla bitib.

"Azerinews.az" ın  əldə etdiyi məlumata görə, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.

Belə ki, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilovla mübahisə edib. Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.

Hadisə nəticəsində 2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031