Lənkəranda avtomobil piyadanı vurub öldürdü

24-02-2024, 01:21 4 dəfə baxılıb

 

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Azerinews.az” xəbər verir ki, hadisə rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Əsgər Səyadullanın idarə etdiyi “Mercedes 190” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub.

F. Paşayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub.

Faktla bağlı araşdırma başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031