Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

1-03-2024, 20:00 17 dəfə baxılıb

 

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ondan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.
Həmçinin, Şamaxı rayonunda qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 5-i könüllü, 2-si əməliyyat yolu ilə olmaqla ümumilikdə 7 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930