Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

11-03-2024, 17:29 2 dəfə baxılıb

 

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib.

Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.

“Qafqazinfo” Hüseyn Abdullayevin yeni cinayət işinin detallarını əldə edib.

İttihama görə, Abdullayev qanunsuz hərəkətlərin reallaşdırılmasını maliyyələşdirib. Söhbət gedən məbləğ isə 5 milyon manatdan çoxdur.

Bu iş üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə gün əvvəl prokurorun təqdimatı əsasında H.Abdullayev haqda həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfi ittihamı qəbul etməyərək qərardan şikayət verib. Bu gün Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, “Quska” ləqəbli H.Abdullayev 2018-ci ildə dələduzluqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bundan sonra Abdullayev cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına etap ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031