Qubada əməliyyatlarda 8 kq narkotik aşkarlandı

2-04-2024, 18:30 88 dəfə baxılıb

 

Qubada mart ayında keçirilən əməliyyatlarla 8 kiloqram narkotik vasitə və 7 ədəd odlu silah aşkarlanıb.

 

"Azerinews.az" DİN-in Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son mart ayı ərzində rayon ərazisində keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz silah saxladıqlarına görə 51 nəfər saxlanılıb.

 

Qanunsuz dövriyyədən 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

 

Bundan başqa, əməliyyat yolu ilə 6 “Kalaşnikov” avtomatı, 1 tapança, 3 patron darağı və 23 ədəd patron aşkarlanıb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031