Ötən ay sərhəddə 1 milyon manatlıq qaçaqmal saxlanılıb

2-04-2024, 13:57 116 dəfə baxılıb

 Bu ilin mart ayında sərhəddə ümumi dəyəri 1 milyon 122 min 461 manat olan qaçaqmal saxlanılıb.

ƏAzerinews.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin 2024-cü ilin mart ayı ilə bağlı məlumatında qeyd edilib.

Məlumatda deyilir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 122 min 461 manat оlan qaçaqmal, о cümlədən tüfəng, patron, ABŞ və RF valyutası GPS, elektroşok, balıq, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 178 kiloqram 597 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8178 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031