Bağban villadan 5 minlik dekorativ bitkilər oğurladı

6-04-2024, 20:00 114 dəfə baxılıb

 

Bakıda bağ evindən 30 ədəd dekorativ bitki oğurlanıb.

“Azerinews.az” xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evin həyətindən 5000 manat dəyərində 30 ədəd dekorativ bitki oğurlanıb.

Ev sahibi polisə məlumat verərək hadisənin 3-5 aprel tarixləri arasında mənzildə olmadığı dövrdə baş verdiyini bildirib. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar isə dekorativ bitkilərin elə həmin evdə bağban işləyən paytaxt sakini Samir Allahverdiyev tərəfindən oğurlanmasını ortaya çıxarıb.

Bağban saxlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031