Bakıda mənzildə 28 yaşlı kişinin meyiti tapılıb
Bakıda mənzildə 28 yaşlı kişinin meyiti aşkarlanıb.
"Azerinews.az" xəbər verir ki, hadisə Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən mənzildə baş verib.
Orada yaşayan, 1996-cı il təvəllüdlü Salmanov Rüfət Seymur oğlunun meyiti beşinci mərtəbədə yerləşən mənzilin eyvanında asılı vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal edilir.
Araşdırma aparılır.