Bakıda internet və rabitə xətlərini oğurlayanlar saxlanıldılar

9-04-2024, 14:05 124 dəfə baxılıb

 

Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən Elmir Mirzəyev saxlanılıb. 

Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən Ramil Cəfərov saxlanılıb.

Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930