Sumqayıt qatarını daşa basan uşaqlar valideynləri ilə polisə aparıldı

18-04-2024, 11:42 114 dəfə baxılıb

 Bakı-Sumqayıt sürət qatarı Sumqayıtdan keçərkən naməlum şəxslər tərəfindən daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.

"Azerinews.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib. Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031