Qəssab həbs edildi - 20 min manat borca görə

19-04-2024, 13:29 115 dəfə baxılıb

 Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs edilib.

“Azerinews.az” xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən “Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev (şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan verdiyini, onun ətin satışından sonra ödəməli olduğu 20 min manata yaxın vəsaiti vermədiyini bildirib.

Bununla bağlı aparılmış araşdırmaların materialları Daşkəsən Rayon Məhkəməsinə göndərilib və məhkəməninin qərarı ilə Nazimin 20 min manatı qarşı tərəfə ödəməsi ilə bağlı qərar çıxarılıb. Lakin qəssab məhkəmənin qərarını icra etməkdən xeyli müddət boyun qaçırıb.

Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə təqsirləndirilən şəxsin yaşadığı Abşeron rayonunun məhkəməsində baxılıb.

Məhkəmənin 15 aprel tarixli hökmü ilə təqsirləndirilən şəxsə 1 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930