Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

7-05-2024, 17:26 95 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.

“Azerinews.az”ın məlumatına görə, iş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxan məhkəmənin qərarı ilə hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq qərardan verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunub və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031